Xəbər lenti

Yahoo istifadəçilərini izlədiyi barədə ittihamları rədd etdi
Dünya19:27 05.10.2016

Yahoo istifadəçilərini izlədiyi barədə ittihamları rədd etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ internet şirkəti Yahoo gizli proqram vasitəsilə istifadəçilərin yazışmalarına nəzarət etdiyinə dair KİV-də yayılan məlumatları yanlış adlandırıb.
Bu barədə “Blumberq” məlumat yayıb. Şirkətin yaydığı açıqlamada bildirilir.

“Yayılan məlumatlar yanlışdır. Elektron poçtlardakı yazıları izləmək üçün proqram sistemlərimizdə mövcud deyil. Biz hökumətin müəyyən sorğularını cavablandırırıq, eyni zamanda istifadəçilər barədə məlumatların açıqlanmaması üçün çalışırıq”, məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Yahoo-nun 2015-ci ildə yaradılan gizli proqram vasitəsilə ilə istifadəçilərinin yazışmalarına nəzarət etdiyinə dair məlumatlar yayılıb. Qeyd olunub ki, bunu şirkət ABŞ xüsusi xidmət orqanlarının tapşırığı ilə edib. (APA)

Qaynarinfo.Az