Xəbər lenti

Yalın əllə canavarı boğdu
Dünya11:17 05.09.2013

Yalın əllə canavarı boğdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kişi yalın əllərlə ona hücum edən canavarı boğub.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Qazaxstanın Manqistaus  vilayətində baş verib.

"Düşüb maşına baxırdım. Birdən arxadan heyvan mənə hücum elədi. Birinci elə bildim ki, itdi. Onunla mübarizə apararkən anladım ki, qarşımdakı canavardır", - canavarı boğan Daulet Tuyeşiyev deyib.

Daulet anlayanda ki, ölüm-dirim savaşındadır, yaşamaq instinkti ona güc verib. Canavarın boğazından yapışaraq nəfəsi kəsilənə qədər boğub onu. Bundan sonra xəstəxanaya gedib. Bədənində ciddi yaralar olub.

Polis isə xəbərdarlıq edir ki, son dövrlər canavarlar aclıq ucbatından insanlara daha da yaxın gəlirlər və kəndlər üçün ciddi təhlükə yaradırlar.

Qaynar.info