Xəbər lenti

Yalnız kosmetikasız qadınlar maşın sürə biləcək
Dünya09:50 08.11.2014

Yalnız kosmetikasız qadınlar maşın sürə biləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanı hökuməti ölkənin məşvərət orqanından qadınların avtomobil idarə etməsi qadağasının qismən ləğvi ilə bağlı təklif alıb. 

Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, məlumatı “Associated Press” yayıb.

Hökumət təklifləri qəbul etsə, qadınların avtomobil idarə etməsinə bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, yalnız yaşı 30-dan çox olan qadınlar sükan arxasına keçə biləcəklər. Həm də gündüz saatlarında və kosmetikasız...

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınların maşın sürməsinə qoyulan qadağanın dünyada analoqu yoxdur. Ultramühafizəkarlar hesab edirlər ki, əgər qadınlar avtomobil idarə etsələr, bu, əxlaqsızlığın yayılmasına səbəb ola bilər.

Qaynar.info