Yamaykalı idmançıların qısa məsafələr üzrə yarışlarda qırmadıqları rekord demək olar yoxdur. Məsələn, elə yamaykalı dünyaca məşhur sprinter Useyn Boltu göstərmək kifayətdir. Bəs bu ölkədən olan kişi və qadın atletlərin bu qədər güclü, sürətli olmasının səbəbləri nədir? Təsadüf, yoxsa?
Qaynarinfo bununla bağlı araşdırmanı təqdim edir:
"ACE" geni
Bədəndə anjiotenzini çevirən ferment, "ACE geni” adlanan bir gen, bunun da "D allele" kimi tanınan variantı mövcuddur. Bu, yüksək oksigenli qanı əzələlərə daha sürətli vurmağa imkan verir. Həmin gen Qərbi Afrikadakı insanlarda digərlərinə nisbətən daha çox yayılıb. Yamaykalılarda isə bu gen daha çoxdur. Beynəlxalq qul ticarəti dövründə Afrikadan zorla çıxarılan insanların təxminən 10 milyonu ölmüşdü. Karib dənizindəki qul gəmilərinin son dayanacağı Yamayka idi. Yəni bura çata bilən insanlar ən güclü hesab olunurdular.
"ACTN3" geni
Bununla yanaşı, "ACE” genini daha da gücləndirən "ACTN3” (Alpha-actinin-3) geni də mövcuddur. Hansı ki, əzələlərdə "alfa-aktinin-3” adlı zülal yaradır. Bu da əzələlərin güclü və təkrarlanan sıxılmalarına kömək edir. "ACE” geni kimi, onun növləri var və bunlardan bir sprinter üçün ən ideal olanı "577rr” adlanan variantdır. "577rr” variantına ABŞ idmançılarının 70%-də rast gəlinir (Onu da nəzərə alaq ki, bu insanlar 300 milyonluq ölkədə müstəsna şəkildə təşkil olunublar). Lakin yamaykalıların 75%-i "577rr” geninə sahibdir. Söhbət təkcə idmançılardan deyil, ümumilikdə yamaykalıların 75 faizindən gedir.
Alüminium
Digər səbəb: Yamayka torpağında çoxlu alüminium var. Onların dediyinə görə, hamiləliyin ilk üç ayında alüminiumla zəngin qidaların qəbulu körpədə tez bükülən, elastik əzələlərin sayını artıra bilər. Məşhur yamaykalı atletlər Useyn Bolt və Veronika Kempbell də məhz alüminium mədənlərinin bol olduğu bölgədə doğulub böyüyüblər.
Təbii ki, bunlar hamısı ipucudur. Genetik üstünlüyün elmi səbəbləri tam açıqlanmasa da, onu müəyyən faktlarla izah etməyə çalışırlar. Keniyalıları 3000 metr məsafəyə qaçışda keçmək mümkün olmadığı kimi, yamaykalıları da qısa məsafədə ötmək müşkül məsələdir. Hələ ki, imkanları çox olan böyük dövlətlər nə qədər çalışsalar da, belə kiçik ölkələrin öhdəsindən gələ bilmirlər. Bunun genetik olduğunu tam əminliklə söyləmək mümkündür.
Səbuhi Həsənov
Şərhlər