Konqo Demokratik Respublikasında dəhşətli qəza baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə ölkənin qərbindəki Orta Konqo əyalətində qeydə alınıb.
Yanacaqdaşıyan maşın aşıb. Maşından tökülən benzinin sürətlə yaxındakı evlərədək yayılıb və böyük əraziyə yayılan yanğın faciəyə səbəb olub. Nəticədə 50-dən çox insan ölüb, 100-dən çox sakin xəsarət alıb.