ABŞ-ın Çikaqo şəhərində yerləşən evdə baş verən yanğın 10 uşağın həyatına son qoyub.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, ötən günlərdə baş verən hadisə ilə bağlı tədqiqata start verilib. Azyaşlılar dəm qazından boğulub. Onlardan 2-si binanı tərk edə bilsə də, həyatlarını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, yanğın zamanı uşaqların valideynləri evdə olmayıb və onlar əyləncə məqsədilə bir evə toplaşıblar.
Gülşən