Xəbər lenti

Yanlış bilet aldı - 10 milyon dollar uddu
Dünya04:40 08.04.2022

Yanlış bilet aldı - 10 milyon dollar uddu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ sakini təsadüfən yanlış bilet almaqla lotereyada 10 milyon dollar qazanıb.
Bu barədə "Report” "HuffPost”a istinadən xəbər verir.
Məlumata görə, Kaliforniyadan olan LeKedra Edvards lotereya bileti almaq üçün avtomatın yanında dayanarkən bir kişi ehtiyatsızlıq üzündən ona toxunub. Buna görə qadın yanlış düyməni basıb və əvvəlcə planlaşdırdığını yox, başqa bileti alıb.
Qadının sözlərinə görə, o, cekpotu qazandığını avtomobili ilə şosedə hərəkətdə olarkən öyrənib.
"Avtomobilimlə az qala qəza edəcəkdim. Avtomobilimi saxladım, bir neçə dəfə biletimə baxdım, proqram vasitəsilə skan etdim, amma yenə də bunun doğru ola bilməyəcəyini düşünməyə davam etdim", - Edvards xatırlayıb.
LeKedra udduğu pulla ev alacağını və çoxdan arzusunda olduğu şəxsi biznesini quracağını bildirib.