Xəbər lenti

Yanukoviç gizli şəkildə Rusiyaya getdi
Dünya11:59 17.12.2013

Yanukoviç gizli şəkildə Rusiyaya getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna prezidenti Viktor Yanukoviç Ukrayna-Rusiya dövlətlərarası komissiyasının toplantısında iştirak etmək üçün Moskvaya gedib.

Qaynar.info
xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

"Borispol" aeroportuna gedən yolu aksiya iştirakçıları tutduğu üçün, prezident helikopterlə uçmalı olub.

"Bir tanışım mənə zəng etdi. Dedi ki, Yanukoviçin helikopteri bu dəqiqələrdə Borispola uçdu. Kiyevin yollarından keçməyə qorxur?" deyə "Fronta Zmin" Partiyasının mətbuat katibi Olqa Lappo özünün Facebook səhifəsində yazıb.

Yaxın saatlarda Yanukoviçlə Putinin görüşəcəyi gözlənilir.

Qaynar.info