Xəbər lenti

Yanukoviç müxalifət liderləri ilə görüşdü
Dünya18:42 27.01.2014

Yanukoviç müxalifət liderləri ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna prezidenti administrasiyasında Viktor Yanukoviçlə müxalifət nümayəndələrinin görüşü keçirilir

APA-nın “Gazeta.ru”- ya istinadən verdiyi məlumata görə, görüşdə müxalifət tərəfdən UDAR partiyasının sədri Vitali Kliçko, "Batkivşina" farksiyasının rəhbəri Arseniy Yatsenyuk və "Azadlıq" partiyasının rəhbəri Oleq Tyaqnebok iştirak edir.

Hökuməti görüşdə prezidentin icra aparatı başçısının müavini Andrey Portnov və Ədliyyə naziri Yelena Lukaş təmsil edirlər.

Qeyd edək ki, bundan əvvəlki görüşdə Yanukoviç Arseniy Yatsenyuka baş nazir, Vitali Kliçkoya isə baş nazirin müavini vəzifələri təklif etmişdi.

Qaynar.info