Xəbər lenti

Yanukoviç Vahid Ələkbərovun qonşusu oldu - FOTO
Dünya05:30 28.02.2014

Yanukoviç Vahid Ələkbərovun qonşusu oldu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Onu hətta həmin ərazidə gəzərkən görənlər də olub

Ukraynanın keçmiş prezidenti Moskva ətrafındakı Barvikedə ev alıb.

Məlumata görə, bu haqda özünün Twitter səhifəsində “Yaşıllar və sosial-demokratlar” Alyansının mərkəzi şurasının sədri Oleq Mitvol yazıb:

“Yanukoviç artıq Moskva ətrafının sakinidir. Amma Kiyev havası ilə yaşayır”.

Onun verdiyi məlumata görə, kottec eks-prezidentə 52 milyon dollara başa gəlib. Onu hətta həmin ərazidə gəzərkən görənlər də olub.

Mitvol qeyd edib ki, Yanukoviçin qonşuları “LUKOYL” şirkətinin rəhbəri Vahid Ələkbərov və oliqarx Roman Abromoviçin qayınatası Aleksandr Jukovdur. // ANS Press