
"Yanukoviç aksiyaçılara qarşı güc tətbiq edib, bu da Ukraynadakı hadisələrin təhlükəli dönüş nöqtəsidir. Bu hələ onu Avropa Birliyi və ABŞ-dan təcrid edə bilər".
Qaynar.info xəbər verir ki, bu barədə amerikalı diplomatlardan biri Tvitter səhifəsində yazıb.
O, bildirib ki, bəzi Avropa ölkələrinin liderləri Ukrayna ilə Avropa Birliyi arasında assosiativ müqavilənin imzalanmamasına sevinirlər.
Qeyd edək ki, noyabrın 30-da hüquq-mühafizə orqanları Kiyevin mərkəzindəki Maydan meydanına toplaşan aksiya iştirakçılarına qarşı güc tətbiq edərək, onları meydandan çıxarıb.
Qaynar.info