Xəbər lenti

Yanukoviçin atası faşistlərə xidmət edib - ŞOK SƏNƏD, FOTO
Dünya11:18 31.01.2014

Yanukoviçin atası faşistlərə xidmət edib - ŞOK SƏNƏD, FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanukoviçin atası Fyodr Yanukoviç İkinci Dünya Müharibəsi illərində Belarusun Vileyka şəhərində milis rəisi işləyib

 
“Axar.az”ın məlumatına görə, bu barədə Belarusun “Xartiya -97” dərgisində arxiv materialları yer alıb. Sənədlərdə deyilir ki, Vermaxtın əmrlərinin yerində yetirilməsi hadisələri Minsk şəhərinin şimal-qərbindəki Maçki kəndində cərəyan edib. Kəndlilərin gün ərzində bir baş inəkdən 3 litr süd öhdəliyi varmış. Əmrdə deyilir ki, Vermaxt milis rəhbəri Yanukoviçə öhdəliyin yerinə yetirilməsinə nəzarəti şəxsən tapşırılıbmış. O, planı yerinə yetirməyənlərə qarşı cəza tətbiq edə bilərmiş.
 
Maraqlıdır ki, NKVD-nin açıqladığı arxiv materiallarında da alman faşistlərinə “işləyən”lərin siyahısında maraqlı uyğunluq ortaya çıxıb. Belə ki, 5-ci nömrədəki şəxs Vitebsk vilayətinin Yanuki kəndinin sakini Fyodr Vladimiroviç Yanukoviç kimi göstərilib. Həmin şəxsin ad, soyad və doğum yeri Ukrayna prezidenti və onun atasının bioqrafiyası ilə tam üst-üstə düşür.


Qaynar.info