Xəbər lenti

Yanukoviçin oğlunun ölüm xəbəri təsdiqləndi
Dünya17:19 23.03.2015

Yanukoviçin oğlunun ölüm xəbəri təsdiqləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın “Regionlar Partiyası” ölkənin eks-prezidenti və bu partiyanın keçmiş rəhbəri Viktor Yanukoviçin oğlu Viktorun (Kiçik Viktor) ölümünü təsdiq edib. 
“Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə partiyanın saytında məlumat yerləşdirilib. Həmin başsağlığı qeydini təqdim edirik:
“Kiçik Viktor Yanukoviçi tanıyan hər kəs onun haqqında xüsusi simpatiya və istiqanlılıqla danışır. O, ekstrim və sürət həvəskarı idi. Viktor son ana qədər öz vətəndaşlıq mövqeyini müdafiə edən bir şəxs idi. Həyatdan zövq almağı və dost olmağı bacaran biri idi... Biz Viktorun valideynlərinə, dul qalan xanımı Olqaya, oğlu İlyaya başsağlığı veririk. Viktorun parlaq obrazı bizim yaddaşımızda və qəlbimizdə daim qalacaq”
Qeyd edək ki, Yanukoviçin oğlunun ölüm xəbəri dünəndən yayılsa da, İrkutsk FHN-i bu xəbəri təkzib edir. Kiçik Viktor Yanukoviçin Baykalda buzun qırılması səsəbilə suya düşərək boğulduğu bildirilir. 
Qaynar.info