Xəbər lenti

YAP-dan Fərhad Əliyevin əfv müraciətinə REAKSİYA
Siyasət11:54 06.09.2013

YAP-dan Fərhad Əliyevin əfv müraciətinə REAKSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni Azərbaycan Partiyası (YAP) vaxtilə hakim partiyanın Siyasi Şurasının üzvü olmuş sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin prezident İlham Əliyevə ünvanladığı əfv müraciətinə münasibət açıqlayıb.

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov eks-nazirin müraciəti ilə bağlı Modern.az –a açıqlama verib.

S.Novruzov Fərhad Əliyevin bu addımını normal qiymətləndirib:

“Mən bunu normal qiymətləndirirəm. Əfv etmək prezidentin səlahiyyətində olan məsələdir. O da belə bir müraciət edib. Bu müraciətə Əfv Komissiyasında baxılacaq. Məqsədə müvafiq bilinəcəksə, əfv olunacaq”-deyə YAP rəsmisi vurğulayıb.

Qeyd edək ki, həbsdə olan Fərhad Əliyev əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib.

Xatırladaq ki, Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qaynar.info