Xəbər lenti

Yapon alimlərindən yeni ixtira: Geyim üçün antimikrob örtük...
Dünya12:46 13.02.2022

Yapon alimlərindən yeni ixtira: Geyim üçün antimikrob örtük...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tokio Universitetinin Ali Mühəndislik Məktəbinin tədqiqatçıları geyim üçün antimikrob vasitə hazırlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə phys.org saytı məlumat yayıb. Bildirilir ki, gümüş əsasında hazırlanan örtüyə Ag/TA adı verilib. Tərkibin geyim üzərində qalması üçün polifenollardan istifadə edilib. Şəffaf rəngdə olan örtük parçanın tərkibinə təsir etmir və yuyulma zamanı həll olmur.
Qeyd edilir ki, alimlər örtüyün geyimin üzərində qalmasının iki yolunu təklif edirlər. Bunlardan birincisi sənaye üsulu parçanın tərkibdə isladılmasını nəzərdə tutur. İkinci üsul isə tərkibin evdə geyimin üzərinə çəkilməsini təklif edir.
Tədqiqatçıların bildirdiyinə görə, antimikrob tərkib hətta on dəfə yuyulmadan sonra belə öz təsirini saxlayır. Yeni tətbiqin xüsusən steril şəraitin tələb edildiyi xəstəxanalarda istifadə olunması tövsiyə edilir.