Yaponiya parlamentinin yuxarı palatasının müxalif Yapon İntibah Cəmiyyətindən olan üzvü Muneo Suzuki ABŞ prezidenti Co Baydeni 1945-ci ildə Amerikanın Xirosima və Naqasakini bombalamasını səhv kimi tanımağa və onlar üçün üzr istəməyə çağırıb.
Qaynarinfo TASS-a
istinadla xəbər verir ki, o, bu barədə cümə axşamı şəxsi bloqunda yazıb.
"Düşünürəm ki, ABŞ prezidentinin atom bombasına məruz qalmış şəhərə gəlməsi yaxşı olardı. İstərdim ki, o, Naqasaki və Xirosimaya, eləcə də bütün dünyaya müraciət etsin və desin ki, nüvə silahından istifadə edilməməlidir, onların istifadəsi səhvdir”, - deputat gələn il Yeddilik Qrupu (G7) sammiti zamanı Baydenin Naqasakiyə səfərinin mümkün təşkili ilə bağlı "Yomiuri” qəzetində dərc olunan məqaləni şərh edərkən deyib.
"Müharibənin bitməsindən 77 il keçib, atom bombası atan ABŞ hələ də üzr istəməyib. Birləşmiş Ştatlar digər ölkələrin hərəkətlərinə cavab olaraq həmişə demokratiya, insan haqları və azadlıqları barədə yüksək səslə danışıb. Əgər belədirsə, onlar da Yaponiyaya və dünyaya nə etdiklərini açıq şəkildə söyləməməlidirlər", - Suzuki əlavə edib.
Alpər
Şərhlər