İnternetdə Şimali Koreya lideri Kim Çen Inın səhhətinin pis olması barədə yenidən şayiələr yayılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" qəzeti yazıb.
Belə ki, Yaponiyada kəşfiyyatın əlində KXDR rəhbərinin vəziyyəti ilə bağlı "bəzi məlumatlar" olduğu iddia edilib. Söhbət onun koronavirusa yoluxmasından gedir.
Şimali Koreyada ölkədə heç bir yoluxma hadisəsinin qeydə alınmadığını israrla iddia edirlər. Ancaq Yaponiyanın Müdafiə naziri Taro Kono keçirdiyi brifinq zamanı KXDR-də "qəribə yerdəyişmələr" olduğunu deyib. Onun fikrincə, bu, Kimin infeksiyanın qarşısını almaq cəhdləri ola bilər, çünki koronavirus bütün ölkələrdə yayılır. Şimali Koreya liderinin artıq COVID-19-a yoluxduğuna dair şübhələr var.
Ancaq "Times” qəzetinin yazdığına görə, Şimali Koreya liderinin işləri daha da pisləşə bilər. Ölkədəki müşahidəçilər onun ciddi bir xəstəliyə düçar ola biləcəyini deyirlər. Digərləri onun komaya düşdüyünə və ya öldüyünə inanırlar.
İndi Pxenyanın bütün gücü ilə Cənubi Koreyanı qarşıdurmaya çəkdiyi iddia edilir. Nəşrin yazdığına görə, bu, diqqəti Kim Çen Inın səhhətinin pis olması, eləcə də ölkənin iqtisadi problemlərindən yayındırmaq üçün lazımdır.
Alpər