Xəbər lenti

Yapon milyarder Aya səyahət etməyə yoldaş axtarır
Dünya09:19 13.01.2020

Yapon milyarder Aya səyahət etməyə yoldaş axtarır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yapon milyarder Yusaku Maezava "SpaceX"in Aya təşkil etdiyi turist səfəri üçün yanına xanım yol yoldaşı axtarır.
Qaynarinfo xəbər verir ki, müraciətlər yanvarın 17-nə qədər 44 yaşlı moda imperatorunun saytında qəbul eiləcək. Qısa müddət əvvəl 27 yaşlı aktrisa sevgilisi Ayame Qorikidən ayrılan biznesmenlə Aya uçacaq namizədlərin 20 yaşdan yuxarı, daim pozitiv və kosmosa maraq göstərmələri tələb olunur.
Qeyd edək ki, Yusaku Maezava daha əvvəl də bənzər təşəbbüslə çıxış edib. O, bu ayın əvvəlində tvitini paylaşandan təsadüfi seçəcəyi 100 nəfərə ümumilikdə 100 milyon yen (təxminən 1,5 milyon manat ) verəcəyini elan etmişdi. Onun şəxsi sərvətinin 3 milyard dollar olduğu ehtimal edilir.
Camal