Xəbər lenti

Yaponiya 1 milyon ton radioaktiv sudan necə qurtulacaq? (FOTO)
Dünya12:55 04.09.2019

Yaponiya 1 milyon ton radioaktiv sudan necə qurtulacaq? (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiya Fukuşima Nüvə Stansiyasındakı 1 milyon ton radioaktiv suyu boşaladacaq.
Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı Yaponiya Xarici İşlər Nazirliyi 22 ölkənin diplomatik təmsilçisinin iştirakı ilə məlumat xarakterli iclas təşkil edib. 
Tokio Elektrik Enerjisi Şirkətinin radioaktiv su saxlama potensialı 2022-ci ildən etibarən tükənəcək. Saxlama tankında hazırda 1 milyon tondan çox su var. 
Mütəxəssislər suyun təhlükəsiz şəkildə dənizə axıdılmasını məsləhət görür, lakin sakinlər buna qəti etiraz edirlər. Yapon rəsmilər radioaktiv suyun təhlükəli olmadığı fikrini müdafiə edir. 
Qeyd edək ki, Yaponiyada 11 mart 2011-ci ildə 9 bal gücündə zəlzələdən sonra sunami meydana gəlmiş, təbiət hadisəsi Fukuşima Nüvə Stansiyasında radioaktiv sızıntıya səbəb olmuşdu. Həmin dövrdə 4 nüvə reaktorundan 3-ü zədələnmiş, qəzanın nəticəsini aradan qaldırmaq üçün soyutma məqsədilə böyük miqdarda sudan istifadə edilmişdi.
Gülşən