Xəbər lenti

Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin adını dəyişdi
Dünya09:08 08.12.2022

Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin adını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiya hökuməti özünün Hava Özünümüdafiə Qüvvələrinin adını Aerokosmik Qüvvələri adlandırmaq niyyətindədir. 
Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, hakimiyyət bu yolla müasir şəraitdə təhlükəsizliyin təmin edilməsi üçün kosmik sektorun əhəmiyyətini əks etdirmək istəyir. 2020-ci ildə Hava Özünümüdafiə Qüvvələri ilk dəfə olaraq kosmik bölməyə sahib olub, onun vəzifələri Yapon peyklərinə mümkün hücumlara qarşı mübarizə, eləcə də onların kosmik tullantılarla toqquşmasının qarşısını almaqdan ibarətdir.
Müvafiq dəyişikliklər cari ilin sonunadək təsdiqlənməsi planlaşdırılan yenilənmiş milli təhlükəsizlik strategiyasında qeyd olunacaq. Qoşunların növünün adının formal olaraq dəyişdirilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklər etmək lazım gələcək.
1954-cü ildə yaradılandan bəri özünümüdafiə qüvvələrinin bölmələrinin adı bir dəfə də olsun dəyişməyib.
Alpər