Yaponiyanın yenilənmiş sanksiya siyahılarına Rusiyanın baş naziri Mixail Mişustin, "LXR” və "DXR” liderləri, həmçinin Gennadi Timçenkonun qohumları da daxil olmaqla 130-dan çox adam daxil edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS Yaponiya Xarici İşlər Nazirliyinə istinadən məlumat
yayıb.
Sanksiyalar Ukraynadakı vəziyyətə görə tətbiq edilib və məhdudiyyətlər, o cümlədən aktivlərin dondurulmasını nəzərdə tutur.
Yaponiya həmçinin Almaz-Antey və Taktik Raket Korporasiyası da daxil olmaqla 70 şirkət və təşkilatı məhdudlaşdırılmış şirkətlər siyahısına əlavə edib.
Belə ki, Yaponiyanın sanksiyaları Rusiya Federasiyası, Belarus, "LXR” və "DXR”-in 700-dən çox vətəndaşına, həmçinin 200-dən çox Rusiya şirkət və təşkilatına qarşı tətbiq edilib.
Alpər