Yaponiya sakinləri sosial şəbəkələrdə səmada parlaq "yanar şarın” keçməsini müzakirə edirlər.
Qaynarinfo xəbər
verir ki, ölkənin şərq və şimal-şərq bölgələrində müəmmalı hadisə qeydə alınıb.
"Yanar şar” haqqında ilk məlumat verənlərdən biri Yaponiyanın Kanaqava prefekturasının Hiratsuka şəhərinin tarix-diyarşünaslıq muzeyinin kuratoru Daithi Fujii olub. X sosial şəbəkəsində o, Hiratsukadakı evində quraşdırılmış kameralardan, həmçinin Şizuoka prefekturasının Fuji Siti şəhərindəki kameradan görüntüləri dərc edib.
Kadrlarda səhər səmasında ildırım sürəti ilə uçan parlaq yanar şar görünür. Fujiinin sözlərinə görə, naməlum obyektin sürəti saniyədə 42,4 kilometr olub və onun düşmə trayektoriyası Saqami körfəzindən Naqano prefekturasına qədər uzanıb.
Muzeyin kuratoru onu da bildirib ki, bir neçə ərazidə kadrlardan bir neçə dəqiqə sonra partlayışa bənzər səs eşidilib ki, bu da meteoritin düşməsini göstərə bilər.
Daha sonra "Asahi” qəzetinin Tokio və Fukusima prefekturasında quraşdırdığı kameraların çəkilişləri "şar”ın uçuşunu da qeydə alan YouTube-da görünməyə başlayıb.
Alpər