Yaponiya hakimiyyəti Rusiyaya qarşı sanksiyaların bir hissəsi olaraq, Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına ixracı qadağan edilən mal və texnologiyaların siyahısını genişləndirib.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, indi bu siyahıya digər şeylərlə yanaşı, 3D printerlər və kvant hesablamaları üçün avadanlıqlar
daxildir.
Ümumilikdə yenilənmiş sənədə 14 yeni bənd daxildir. Onların arasında neft emalı üçün katalizatorlar, elektron və atom qüvvəsi mikroskopları, 3D printerlərdə istifadə olunan toz metallar və metal ərintiləri, günəş, külək və digər bərpa olunan enerji mənbələrindən istifadə etməklə əldə edilən hidrogen var.
Bundan əvvəl, mayın 12-də Yaponiyanın baş naziri Fumio Kişida ölkəsinin Avropa İttifaqı ilə birlikdə Ukraynada müharibəyə görə Rusiya Federasiyasına qarşı sanksiyaları davam etdirəcəyi ilə hədələyib. Aİ liderləri ilə keçirilən sammitdən sonra o, Brüssel və Tokionun "bu istiqamətdə işləməyə davam edəcəklərini” və Ukraynaya dəstəyi gücləndirəcəyini bildirib.
Bundan əvvəl, martın 7-də Rusiya Federasiyası hökuməti dövlət başçısının tapşırığına əsasən, "dost olmayan ölkələr”in siyahısını – Rusiyaya, Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiq edib. Bu siyahıya Yaponiya da daxildir.
Alpər