Xəbər lenti

Yaponiya Ukraynaya 5,5 milyard dollar göndərəcək
Dünya12:54 20.02.2023

Yaponiya Ukraynaya 5,5 milyard dollar göndərəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiya Ukraynaya 5,5 milyard dollar yardım göndərəcək.
Qaynarinfo lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə baş nazir Fumio Kişida dördüncü illik Tokio Qlobal Dialoq Forumunun açılışında çıxışı zamanı bildirib. 
"Biz Ukraynaya 5,5 milyard dollar məbləğində əlavə maliyyə yardımı göndərəcəyik”, deyə baş nazir söz verib. O, həmçinin xatırladıb ki, Yaponiya hökuməti son bir ildə Ukraynanı və Ukrayna xalqını dəstəkləyib.
Kişida əmin edib ki, Tokio beynəlxalq ictimaiyyətlə birlikdə Kiyevə hərtərəfli dəstəyi davam etdirəcək.
Bundan əlavə, Yaponiyanın baş naziri Ukrayna prezidenti Volodimir Zelenskini fevralın 24-də G7 ölkələri liderlərinin onlayn görüşünə dəvət etmək qərarını açıqlayıb. Danışıqlarda tərəflər digər məsələlərlə yanaşı, Rusiyaya qarşı sanksiya təzyiqləri ilə bağlı mövqelərini müzakirə etməyi və əlaqələndirməyi planlaşdırır.
Nizami Bağırov