
"Halonq" tropik qasırğası Yaponiyada dağıntılara səbəb olub. ANS PRESS-in məlumatına görə, leysan yağış
və güclü küləklə müşayiət olunan qasırğa 1 nəfərin ölümünə, 1 milyondan çox sakinin də evakuasiya
edilməsinə səbəb olub. Əsasən, öz məcrasından çıxan çayların yaxınlığında yerləşən yaşayış məntəqələri
boşaldılıb.
"Halonq" qasırğası onlarla insanın da xəsarət almasına səbəb olub. Qasırğa yerüstü və hava nəqliyyatını iflic
edib. Turistlərin axın etdiyi Kyoto şəhərində yollar və obyektlər su altında qalıb. Daha çox, Yaponiyanın
şimalına ziyan dəyib.
"Halonq" tropik qasırğası paytaxt Tokioda da dağıntılara səbəb olub. Yeni daşqın və torpaq sürüşmələrinin
ola biləcəyinə dair xəbərdarlıq edilib.
Qaynar.info