Xəbər lenti

Yaponiya XİN: Rusiya adalarımızı işğal edib
Dünya16:04 22.04.2022

Yaponiya XİN: Rusiya adalarımızı işğal edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiya son 20 ildə Rusiya ilə aralarında mübahisələndirilən adaların Rusiya tərəfindən işğal olunduğunu deyib.
Qaynarinfo "France 24” saytına istinadla xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi açıqlamasında bildirilib. 
İki ölkə arasında İkinci Dünya müharibəsindən bu yana 4 adanın kimə məxsus olması ilə bağlı mübahisə gedir. Adalar Rusiyanın nəzarətindədir, ancaq Yaponiya onlara iddia edir. Rusiya onları Kuril adaları, Yaponiya isə Şimal Əraziləri adlandırır.
Yaponiya Xarici İşlər Nazirliyi işğal termini axırıncı dəfə özünün 2003-cü ilin illik hesabatında işlədib.  
"Yaponiya və Rusiya arasında ən böyük problem üzərində Yaponiyanın suveren haqları olan, ancaq hazırda Rusiya tərəfindən qeyri-qanuni işğal olunmuş Yaponiya ərazisi olan Şimal əraziləridir”, -  Yaponiya XİN hesabatında qeyd edilib. 
Qeyd edək ki, Moskva keçən ay Yaponiyanın Rusiyaya qarşı düşmən münasibətini əsas gətirərək iki ölkə arasındakı danışıqları davam etdirməyəcəyini bildirib.
Nurlan Hüseynov