Yaponiyanın Sapporo şəhərində ənənəvi buz festivalı başlayıb. Buzdan və qardan hazırlanmış heykəllərə tamaşa etmək üçün Yaponiyanın və dünyanın dörd-bir yanından minlərlə insan Sapporo şəhərinə axışıb. Tokiodan olan turist, İtsunori Tanaka: “Bu heykəllər inanılmazdır. Mənə maraqlı idi ki, görəsən onlar necə düzəldilib. Ona görə gəlmişəm”.
Buz heykəllər arasında cizgi filmi qəhrəmanları ilə yanaşı, dünya memarlıq nümunələrinin də heykəllərinə rast gəlmək mümkündür.
Fesvtivala gələnlərin diqqət mərkəzində Malayziyanın paytaxtı Kuala-Lumpurda yerləşən Sultan Abdul Səməd binasının və Hindistanın Aqra şəhərində yerləşən İtimad-ud-Daula məqbərəsinin buzdan heykəli olub.
Bu gündən start götürən və yeddi gün ərzində davam edəcək buz festivalına bu il milyonlarla insanın gələcəyi gözlənilir.