Xəbər lenti

Yaponiyada dəhşətli tufan: 28 ÖLÜ
Dünya04:36 18.10.2013

Yaponiyada dəhşətli tufan: 28 ÖLÜ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkə adalarını cənginə almış tufan böyük dağıntılara və insan təlafatına səbəb olub

Yaponiya adalarını cənginə almış "Vipxa" tufanı, böyük dağıntılara və insan təlafatına səbəb olub.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 28 nəfər ölüb, 27 nəfər itkin düşüb.

Ölənlərin hamısının təbii fəalkətdən daha çox zərər çəkən İdzuosima adasından olduğu bildirilir. Belə ki, bu adada tufanın əmələ gətirdiyi sürüşmə nəticəsində 300-dən çox ev dağılıb. Xilasedicilər, hərbçilər və vətəndaşlar dağıntıları aradana qaldırması və uçqunların altında qalan şəxslərin çıxarıması ilə məşğuldurlar.

Son məlumata görə, adaların çoxunda vətəndaşlara təhlükəsiz yerlərə getməyi tövsiyə olunub. Tufanın yaratdığı fırtınalı külək nəticəsində elektirk xətləri qırılıb və 40 mindən çox ev işıqsız qalıb.


Qaynar.info