Yaponiyada 6,1 bal gücündə zəlzələ meydana gəlib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Şimane ərazisində meydana gələn zəlzələ yerin 12 km dərinliyində qeydə alınıb. Təkanlar 5 nəfərin yaralanmağına səbəb olub. Bəzi binalar zərər görüb, çatlar meydana gəlib. Ərazidə su və işığın təchizatında problemlər yaranıb.
Rəsmilər Şimane Atom Elektrik Stansiyasının fəaliyyətində problem olmadığını bildirir.
Gülşən