Yaponiya hərbi hava qüvvələrinə məxsus "F-2" təyyarəsi Yapon dənizində qəzaya uğrayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Takeşi İvoya məlumat verib. Tsuiki Hərbi Bazasından havalanan təyyarə Fukuoka prefekturasında radardan itib. Təyyarədəki hər iki pilot sağ xilas edilib.
Qəza ilə bağlı təhqiqat işinə start verilib.
Gülşən