Yaponiyanın baş naziri Fumio Kişida ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimuranı, eləcə də hakim Liberal Demokrat Partiyasında (LDP) bir neçə nüfuzlu siyasətçini əvəz etmək qərarına gəlib.
Qaynarinfo "The Asahi" qəzetinə istinadən xəbər verir ki, onlar siyasi ianələr toplamaqdan gəlir əldə etməkdə şübhəli bilinirlər.
Nəşrin məlumatına görə, partiyanın siyasi şurasının rəhbəri Koişi Haqiuda və daha bir neçə yüksək vəzifəli təmsilçisi postlarını itirə bilər.
Nişimura digər sahələrlə yanaşı, Rusiya ilə iqtisadi sahədə əməkdaşlığa cavabdehdir. Müxalifət bundan əvvəl Ukraynadakı münaqişəyə görə Rusiya Federasiyası ilə münasibətlərə nəzarət edən nazir vəzifəsinin ləğvini tələb edib. Lakin Kişidanın sözlərinə görə, nazir Rusiyaya qarşı sanksiyalara riayət olunmasına və onların Yaponiya biznesinə təsirinə nəzarətə yenidən diqqət yetirir.
Aydın