Xəbər lenti

Yaponiyada isti hava və güclü yağışa görə 300-dən çox insan ölüb
Dünya08:05 31.07.2018

Yaponiyada isti hava və güclü yağışa görə 300-dən çox insan ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyada isti hava şəraiti və yağışlar iyul ayı ərzində 300-dən çox insanın ölümünə səbəb olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, güclü yağış və sel 220 nəfərin həyatına son qoyub, 9 nəfər hələ də itkindir. Temperaturun 40 dərəcəyə çatması nəticəsində isə 116 nəfər dünyasını dəyişib. 40 mindən çox şəxs günvurma şikayəti ilə həkimə müraciət edib. 
Qeyd edək ki, Kumayaqa şəhərində temperatur 41,1 dərəcəyə çatmış, Yaponiya tarixində istlik rekordu qırılmışdı.
Gülşən