Xəbər lenti

Yaponiyada keçmiş yakudza lideri edam edildi
Dünya07:08 27.12.2018

Yaponiyada keçmiş yakudza lideri edam edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyada yakudza qanqsterlərinin keçmiş rəhbəri Keyzo Okamoto və menecment firmasının sabiq işçisi Hiroya Suemori edam edilib.
Qaynarinfo Japan Times-a istinadən xəbər verir ki, 60 yaşlı Okamoto və 67 yaşlı Suemorinin edamı barədə ədliyyə naziri Takaşi Yamaşita məlumat paylaşıb. Hər iki şəxs Osakadakı saxlama mərkəzində zərərsizləşdirilib. Cinayətkarlar 1988-ci ildə "Cosmo Research" şirkətinin prezidentini öldürərək 100 milyon Yaponiya Yeni oğurlayıb. Qatillər prezidentin cəsədini betona basdıraraq Kyoto dağına atıb. 
Qeyd edək ki, bu, baş nazir Şinzo Abenin hakimiyyətə gəldiyi 2012-ci ildən bəri 36-cı edamdır. 
Gülşən