
Yaponiya "robot inqilabı" etməyə hazırlaşır.
ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, bundan sonra otellərdə, yeməkxanalarda və bir çox yerlərdə insan əvəzinə robotlar xidmət göstərəcək. Robot bazarını genişləndirməyi planlaşdıran ölkədə robotların təkcə avtomobil istehsalı və sənayedə deyil, həmçinin ahıl və xəstələrə qulluq və.s sahələrdə də tətbiq olunacağı gözlənilir.
Yaponiya Baş naziri Şinzo Abe çətin və ağır işlərin insanlar tərəfindən görülməsinin ciddi nöqsanlara səbəb olduğunu və məhsuldarlığın artmasına mane olduğunu bildirib.
Ölkə rəhbərliyi iqtisadiyyatın daha da sürətlə inkişafında robotların rolunu əvəzolunmaz sayır.
Qaynar.info