Xəbər lenti

Yaponiyada Simmoe vulkanı püskürdü
Dünya06:52 01.03.2018

Yaponiyada Simmoe vulkanı püskürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın Kyuşu adasında yerləşən Kirişima dağındakı Simmoe vulkanı püskürüb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, vulkana ən yaxın ərazi 10 km məsafədə yerləşən Takaharu qəsəbəsidir. Meteoroloqlar hava şəraitinin pisliyi ilə əlaqədar vulkandan yüksələn dumanın miqyasını müəyyənləşdirə bilmir.
Qeyd edək ki, Simmoe vulkanı sonuncu dəfə ötən ilin oktyabrında püskürmüş, duman 300 metr yüksəkliyə qalxmışdı. 
Region 5 təhlükə kateqoriyası üzrə 3-cü sırada qərarlaşıb. Bu səbəbdən dağa yaxınlaşmaq və dırmaşmaq qadağandır. Mütəxəssislər dağ ətrafında 2 km radiusda xüsusi bölgənin yaradılmasını təklif edirlər. Təhlükənin səviyyəsi 4 və 5-ci kateqoriyaya çatan zaman yaxınlıqda yaşayanların evakuasiyası həyata keçirilir.
Gülşən