Yaponiyada müşahidə edilən Trami qasırğası 2 nəfərin həyatına son qoyub.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkənin qərbində yerləşən Osaka şəhərinə çatan qasırğanın sürəti saatda 216 km-ə çatır. Azı 120 yaralı qeydə alınıb, 750 min insan evini itirib. Çox sayda təyyarə və qatar səfəri təxirə salınıb.
Qeyd edək ki, sentyabrın əvvəlində Yaponiyanı vuran Cebi qasırğası 7 nəfərin ölümünə səbəb olmuşdu.