Yaponiyanın Kyuşu adasında yerləşən Aso volkanı püskürüb.
Qaynarinfo İzvestiya-ya istinadən xəbər verir ki, yanardağdan çıxan kül və duman 600 metr yüksəkliyə çatıb. Asoda son bir ay ərzində 3-cü püskürmə qeydə alınır. Baş verən son aktivlik təhlükəli olmasa da, vulkanın kraterindən bir neçə km radiusda yerləşən ərazi evakuasiya zonası elan edilib. Təbiət hadisəsi hava nəqliyyatının fəaliyyətinə maneə yaratmayıb.
Qeyd edək ki, Aso 1529 m yüksəkliyə sahibdir və dünyadakı ən hündür yanardağlardan hesab edilir.
Gülşən