Xəbər lenti

Yaponiyadan Putinin qızları və Lavrovun həyat yoldaşına sanksiya
Dünya13:25 12.04.2022

Yaponiyadan Putinin qızları və Lavrovun həyat yoldaşına sanksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar qəbul etməyə davam edir. Bu dəfə Rusiya prezidenti Vladimir Putinin qızları və xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı daxil olmaqla 398 rusun aktivləri dondurulub.
Qaynarinfo bu barədə Japon Today saytına istinadən xəbər verir.
Putinin qızlarının da aktivləri dondurulanların sırasına daxil edilməsiylə Yaponiyanın sanksiya tətbiq etdiyi rusların sayı 499-a çatıb. 
Yaponiya əlavə olaraq hərbi bizneslə əlaqəli daha 28 rus təşkilatının aktivlərini dondurub. Həmçinin daha iki rus bankı Sberbank və Alfabankın aktivlərinin dondurulması barədə qərar verilib. 
Hökumət həmçinin Yapon təşkilatları və individuallara Rusiyada yatırım etməyi qadağan edir. 
Həmçinin Rusiyadan spirtli içkilərin, taxta məhsullarının və maşınların Yaponiyaya idxalına da qadağalar qoyulur. Ümumilikdə ölkəyə idxalı qadağan edilən məhsulların sayı 38-dir və onların ümumi dəyəri 128 milyon dollardır. 
Nurlan Hüseynov