Xəbər lenti

Yaponiyadan Rusiyaya nəhəng texniki sanksiya: Bunlar qadağan edildi - TASS
Dünya07:25 10.06.2022

Yaponiyadan Rusiyaya nəhəng texniki sanksiya: Bunlar qadağan edildi - TASS

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiya yeni sanksiyalar paketi çərçivəsində Rusiyaya yük maşınlarının, özüboşaldan və buldozerlərin ixracını qadağan edəcək. 
Qaynarinfo xəbər verir ki, bu barədə TASS Tokioda mətbuat konfransı zamanı bəyanatla çıxış edən iqtisadiyyat, ticarət və sənaye naziri Koişi Haqiudaya istinadən məlumat yayıb.
"Nazirlər Kabinetinin 7 iyun tarixli sənaye infrastrukturunun gücləndirilməsinə kömək edən məhsulların Rusiyaya ixracına qadağa qoyulması ilə bağlı qərarı ilə əlaqədar olaraq, 17 iyundan etibarən yük avtomobillərinin, özüboşaldıcı maşınların, buldozerlərin və digər texnikanın tədarükünə qadağa tətbiq ediləcək”, - mesajda deyilir.
Qadağan olunmuş məhsulların siyahısına bəzi ağac növləri, dəzgahlar, qaz və buxar generatorları, lokomotivlər, hissəcik sürətləndiriciləri, ölçü alətləri üçün komponentlər və ehtiyat hissələri də daxil edilib.
Xatırladaq ki, bundan əvvəl Yaponiya "sənaye bazasının möhkəmləndirilməsinə töhfə verən” malların Rusiya Federasiyasına ixracına qadağa qoyub. Məhsulların ətraflı siyahısı dəqiqləşdirilməyıb. Həmçinin, Ukrayna ətrafındakı vəziyyətə görə Yaponiya Rusiya ilə əməkdaşlığı dondurmaq qərarına gəlib. Moskva və Tokio arasında iqtisadi əməkdaşlıq planı 2016-cı ildə baş nazir Şinzo Abenin rəhbərliyi ilə hazırlanıb. Buraya səkkiz bənd daxildir - xüsusən də Yaponiya şirkətlərinin Uzaq Şərqdə hava limanlarının və dəniz limanlarının təchiz edilməsində iştirakı, neft-qaz sektorunda əməkdaşlıq nəzərdə tutulurdu.
Alpər