Xəbər lenti

Yaponiyanın xarici işlər naziri elan olunmamış səfərlə Ukraynaya gəldi
Dünya09:28 07.01.2024

Yaponiyanın xarici işlər naziri elan olunmamış səfərlə Ukraynaya gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib.
O, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşmək niyyətindədir. Kamikavanın qışda ölkənin elektrikləşdirilməsi üçün avadanlıq partiyasının Kiyevə təhvil verilməsində iştirak edəcəyi gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Yaponiya XİN-in məlumatına görə, səfər Tokionun dövlət və özəl sektorlar arasında əməkdaşlıq vasitəsilə Ukraynanın yenidən qurulmasını təşviq etmək əzmini vurğulayacaq. O da qeyd edilir ki, fevralın 19-da Tokioda Ukraynanın iqtisadi inkişafı və bərpası ilə bağlı Yaponiya-Ukrayna konfransı keçiriləcək və baş nazir Denis Şmıqalın iştirakı gözlənilir.
Yoko Kamikava xaricə turnedədir, bir sıra Avropa ölkələrinə, ABŞ və Türkiyəyə səfərləri planlaşdırılıb. Ukraynaya səfər daha əvvəl elan edilməmişdi.
Nizami Bağırov