Xəbər lenti

Yaponiyanın yeni baş naziri bu şəxs olacaq (FOTO)
Dünya08:18 29.09.2021

Yaponiyanın yeni baş naziri bu şəxs olacaq (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın keçmiş Xarici İşlər naziri Fumio Kişida hakim Liberal Demokrat Partiyasının (LDP) yeni sədri seçilib. 
Qaynarinfo xəbər verir ki, bu ikinci turda keçirilən səsvermənin nəticələrindən sonra baş verib.
Yaponiyanın keçmiş Baş naziri Yoşihide Suqa idi. Bu il onun səlahiyyət müddəti başa çadıb. O, bir il əvvəl Şinzo Abenin istefasından sonra vəzifənin icrasına başlayıb. Kişidanın yeni hökumət başçısı olaraq təsdiqlənəcəyi parlamentin iclası oktyabrın 4-də keçiriləcək.
Siyasətçi ikinci turda 427 səsdən 257-sini qazanıb. Onun rəqibi, keçmiş Xarici İşlər və Müdafiə naziri Taro Konon 170 səsi yığıb.
Sanae Takaiçi və Seiko Noda da seçkilərə qatılıb. Onlar əvvəllər bir neçə nazir vəzifəsində çalışıblar. Lakin ilk turda lazımi sayda səs toplaya bilməyib və geri addım atıblar.
Xəyal Abdullayev