Yaponiya mətbəxinin “Sushi” restoranlar şəbəkəsi bu gün Simferopolda (Ağməsciddə) öz xidmətini dayandırıb.
ANS PRESS-in məlumatına görə, şirkətin açıqladığı xəbərdə bildirilir ki, bu gün Krımda baş verən hadisələr zəminində bu vilayətdə işləmək imkanları çətinləşib.
Yarımadada ab-hava yüngülləşəndən sonra qayıtmaq fikri yenidən gündəmə gələ bilər. Ukrayna səlahiyyətliləri restoran şəbəkəsinin əməkdaşlarına ölkənin bütün şəhərlərində yenidən şəbəkələrini qurmaqda köməkçi olmağı vəd edirlər.
Qeyd edək ki, "Sushi" restoranlar şəbəkəsinin Ukraynanın 11 şəhərində 40-dan artıq nöqtəsi fəaliyyət göstərir.
Bu il aprelin 3-dən McDonald’s şəbəkəsi də Krımda öz fəaliyyətini dayandırıb.