Yaponiyanın "Sumitomo Foresry" taxta şirkəti 2041-ci ildə 350 illik yubileyi münasibətilə 350 metr hündürlüyündə 70 mərtəbəli bir bina inşa edəcəyini açıqlayıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Tokioda inşa edilməsi nəzərdə tutulan binanın böyük bir qisminin tikintisində taxtadan, təxminən 10 faizlik hissəsində isə dəmir materiallardan istifadə ediləcəyi bildirilir.
Binanın dörd bir tərəfində eyvanlar olacaq və ən aşağı mərtəbədən ən üst mərtəbəyə qədər bitki əkiləcək. Şirkət binanın içərisində ofis, hotel və xüsusi dizaynda evlərin olacağını açıqlayıb.
Göydələnin inşasında 185 min kub. metr taxta material istifadə olunacaq. Layihənin təxminən 5,6 milyard dollara ərsəyə gələcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, hazırda dünyanın ən hündür taxta binası Kanadada yerləşir. Vankuver şəhərindəki British Columbia Universitetinin yataqxanası olan bina 53 mərtəbədən ibarətdir.