Xəbər lenti

Yarmış: “Polis Navalnının şəxsi əşyalarının yoxlanılmasını tələb edir”
Dünya10:57 20.08.2020

Yarmış: “Polis Navalnının şəxsi əşyalarının yoxlanılmasını tələb edir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müxalif siyasətçi Aleksey Navalnının təcili xəstəxanaya yerləşdirildiyi Omskdə polis onun şəxsi əşyalarının, o cümlədən baqajının yoxlanılmasını tələb edir. 
Qaynarinfo xəbər verir ki, bu sözləri "Twitter" səhifəsində xəstəxanada olan mətbuat katibi Kira Yarmış yazıb.
Onun yazdığına görə, Alekseyin vəziyyətində hələ də dəyişiklik yoxdur, diaqnoz qoyulmayıb, axşama yaxın olacağını bildiriblər.
Buna cavab olaraq, həkimlərin Navalnının sabit vəziyyətdə olması barədə dediklərini şərh edən Yarmış siyasətçinin vəziyyətinin sadəcə sabit olmadığını, sabit ağır olduğunu açıqlayıb.
Xatırladaq ki, Navalnı Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib. Layner Omsk şəhərinə eniş edib, siyasətçi komaya düşdüyü yerli xəstəxanaya aparılıb. 
Alpər