Kanadanın Toronto şəhərində yaşadığı binanın 45-ci mərtəbəsindən aşağıya stul atan şəxs 2 min dollar məbləğində cərimələnib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrında baş verib.
Marsella Zoiya adlı bir qız sosial şəbəkə hesabında stul atarkən çəkib paylaşdığı video ilə bütün ölkədə gündəm olmuşdu. Stul aşağıdan uşaq arabası ilə keçən bir qadının yanına düşmüşdü. Sözügedən videoya gələn çoxsaylı tənqidlərdən sonra gənc qız videonu silsə də cəzadan qaça bilməyib. Görüntülərin yayılmasından sonra onun barəsində cinayət işi açılıb. Məhkəməyə bir gün əvvəl içkili olduğu və hadisəni də içkinin təsirindən etdiyi haqda sənədlər təqdim edilsə də, ötən gün baş tutan prosesdə ona 2 min dollar pul cəzası və 150 saat ictimai xidmət cəzası verilib. Zoia etdiklərinə görə peşman olduğunu bildirib.