Xəbər lenti

Yasamalda növbəti "yaşıl soyqırım" - VİDEO
Ölkə12:42 10.02.2016

Yasamalda növbəti "yaşıl soyqırım" - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Yasamal Rayonu, Həsən Zərdabi küçəsində ağacları qırıb yerində obyekt tikirlər. Qaynar.info-nun verdiyi xəbərə görə, 25 ilin şam ağaclarının qırılması və ərazinin fərdi şəxslərə satılması ilə bağlı mübahisə müxtəlif instansiyalara qədər çatsa da, sakinlərin şikayətinə baxan yoxdur.

Bu gün artıq ərazidə tikinti aparmaq üçün hazırlıqlara start verilib. H.Zərdabi 89A ünvanında yerləşən binanın sakinləri isə buna etiraz etmək üçün əraziyə gəliblər. İşə polislər qarışıb. İcra Hakimiyyətinin nümayəndələri isə ərazinin satılmasına haqq qazandırmağa çalışıblar. 

Qeyd edək ki, bir neçə gün əvvəl həmin küçədə daha bir obyektin ərazisində ağacların qırılması haqqında mediada məlumatlar getmiş və yenə Yasamal Rayon İcra Hakimiyyətinin adı hallanmışdır.

ANN TV-nin əməkdaşlarının ərazidən hazırladığı video reportajı təqdim edirik.

Qaynar.info