Xəbər lenti

Yaşı 50-dən az olan kişilər məscidə girə bilməyəcəklər
Dünya08:36 28.07.2017

Yaşı 50-dən az olan kişilər məscidə girə bilməyəcəklər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rəsmi İsrail Əl Əqsa məscidində bu gün keçiriləcək cümə namazına yaşı 50-dən az olan kişilərin buraxılmayacağını açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, qərarın səbəbi məscidin çıxışında ehtimal olunan etiraz aksiyasıdır.

Qeyd edək ki, təxminən 2 həftə əvvəl məsciddə törədilən terror aktından sonra İsrail höküməti təhlükəsizlik məqsədilə Əl Əqsaya girişə müvəqqəti olaraq qadağa qoymuş, girişə metal detektorlar yerləşdirmişdi. Ölkə ərazisində isə müqəddəs və tarixi yerlərə yaşı 50-dən az olan kişilərin girişi tamamilə məhdudlaşdırılmışdı. Fələstinlilərin etirazlarından sonra detektorlar söküldü və məsciddən istifadəyə icazə verildi. Lakin qoyulan qadağalar tamamilə aradan qaldırılmayıb və bu müsəlmanların etirazına səbəb olur.

Gülşən

Qaynarinfo.Az