
Təhsil Nazirliyi orta məktəblərdə Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlarla əmək fəaliyyətinin davam etdirən, yaşı 65-dən yuxarı olan müəllimlərin sayını açıqlayıb.
Nazirlikdən APA-ya verilən xəbərə görə, hazırda ümumtəhsil məktəblərində müəyyənləşdirilmiş meyarlara uyğun olaraq 2987 müəllim fəaliyyət göstərir.
Nazirlik Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin orta məktəblər üçün müəyyənləşdirdiyi yeni qida standartlarının tətbiqinə nəzarətin hansı qaydada həyata keçirilməsi məsələsinə də aydınlıq gətirib.