Maqazin 10:33 23.06.2022

Yaşıl teatrda Eyyub Yaqubovun solo konserti baş tutacaq (VİDEO)

Dinləyicilərin çoxsaylı müraciətləri nəzərə alınaraq, "Sound pro” media qrup, uzun illər sonra paytaxtımızda yaradılan "big band sound pro”nun müşaiyəti ilə Eyyub Yaqubovun konsertini həyata keçirdəcək.
 
Gecədə Dövlət Televiziyasının solisti, eyni zamanda "Big bandin” bədii rəhbəri, Fuad Musayev və qrupun solisti Natavan Cəbizadənin canlı ifaları da yer alacaq. Musiqili gecə 20-21 iyul, saat 20:00 da " Yaşıl teatr”da baş tutacaq.

Qeyd edək ki, Fuad Musayevin bədii rəhbəri olduğu " Big band” noyabr ayında Şəhriyar adına mədəniyyət mərkəzində iki gün, fevral ayında Heydər Əliyev sarayında dörd gün, 14 fevralda isə Gəncə Flarmoniyasında böyük konsert proqramı ilə çıxış edib.