Tailandda 75 yaşlı Kaev Sudsofa adlı qadın evində yatdığı yerdə nəhəng piton ilanın hücumuna məruz qalıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən hadisə anbaan evin təhlükəsizlik kamerasına düşüb.
2 metr uzunluğunda olan ilanın ayaqyolundan evə daxil olduğu məlum olub.
İlan xilasetmə qrupu tərəfindən tutularaq, təbiətə buraxılıb. Xəstəxanaya aparılan qadının vəziyyətinin qənaətbəxş olduğu qeyd olunur.